7 Noyabr 2021 16:04
1 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın Türkiyədən yeni “Bayraktar TB2” alacağını açıqladığı saatlarda Donbasda - cəbhə xəttində atışma səsləri eşidilib, bir hərbçi yaralanıb. Amma əsl “bomba” Ukrayna əsgərlərinin yaydığı video ilə partlayıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Ukrayna qarşıdakı bir həftə ərzində Türkiyədən aldığı Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatlarına yenilərini əlavə edəcəyini açıqlayıb. “Bayraktar” ordusunun genişləndirilməsi ilə bağlı qərarı şəxsən Ukrayna lideri Vladimir Zelenski verib.

Alqı-satqı qərarının əks-sədası səngiməmiş cəbhə xəttində çəkilmiş bir video sosial şəbəkələrdə yayılıb. Yerli mətbuat Qranitnoye bölgəsində türk dronları ilə yeni hücumun edildiyini, rus separatçıların nəzarət-buraxılış məntəqəsinin hədəfə alındığını yazıb.

Jurnalist Yuri Butusov “Bayraktar”ın separatçıların artilleriya atəşindən sonra havaya qalxdığını, Qranitnoyedə iki artilleriya batareyasından ən azı ikisinin atılan raketlərlə məhv edildiyini bildirib.

Məlum görüntülərin əks-sədası Rusiyadan gəlib. Rus mətbuatı hücumun Ukrayna tərəfində bayram abı-havası yaratdığını yazıb. Bundan başqa, Rusiya mətbuatında yer alan xəbərlərdə önə çıxan detallardan biri cəbhə xəttində yeni hücumun planlaşdırılması iddiası ilə bağlıdır.

Ukrayna ordusu bundan əvvəl oktyabrın 26-da açıqlama verərək, “Bayraktar TB2”lərin ilk dəfə hücumda istifadə edildiyini və Rusiya sistemlərini darmadağın etdiyini bildirib.

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba dünən verdiyi açıqlamada oktyabrın son günlərində “Bayraktar”la Donbasda ilk dəfə həyata keçirilən hücumun Minsk razılaşmasını pozmadığını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər