“Microsoft”un testindən uğurla keçən 5 yaşlı uşaq bu sahədəki rekordu təzələyib.
Teleqraf.com xəbər verir ki, İngiltərənin Birmingem şəhərində yaşayan 5 yaşlı Ayan Qureşi “Microsoft”un testini müvəffəqiyyətlə keçərək ən gənc kompüter mütəxəssisi adını qazanıb.
Atasının verdiyi açıqlamada, oğlunun texnologiyaya olan marağını 2 il əvvəl müəyyən etdiyini deyib.
Qeyd edək ki, Qureşidən öncə dünyanın ən gənc kompüter mütəxəssisi adına pakistanlı Mehroz Yaşar sahib olub.
Rüstəm