9 Noyabr 2021 09:49
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya istifadəsinə icazə verilən koronavirus vaksinləri siyahısına “Sinovac”, “Sinopharm” və “Covaxin”i də əlavə edəcək.

Teleqraf.com xəbr verir ki, ölkənin Səhiyyə Nazirliyi yeni siyahının noyabrın 22-dən qüvvədə olacağını açıqlayıb.

Bildirilir ki, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Hindistan kimi ölkələrdə adıçəkilən peyvənd olanlar İngiltərəyə səyahət edə biləcəklər.

Əvvəllər “Pfizer-BioNTech”, “Oxford-AstraZeneca”, “Moderna” və “Janssen” peyvəndlərindən biri ilə vaksin olunmuş şəxslərə səyahət öncəsi COVID-19 testindən keçmək və ya ölkəyə gəldikdən sonra məcburi karantində qalmırdılar.

Turistlər İngiltərəyə gəldikdən 2 gün sonra sürətli antigen testindən keçirlər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər