Belarus Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bundan əvvəl Kiyev istilik elektrik stansiyasında az kömür qaldığından və bu səbəbdən işləməyə gücü çatmadığından təcili yardım istəmişdi.
Ukrayna iki gün ərzində idxalı saatda 400 meqavata çatdırıb.
Bu, Zelenskinin bütün il boyu Rusiya və Belarusdan enerji alınmasını qadağan etməsi fonunda baş verir. Lakin vəziyyət çətinləşəndən sonra qadağa götürülüb.
“İstərdik ki, Moskva və Minsk elektrik enerjisi satışını bərpa etsin. Amma indiyədək bununla razılaşma mümkün olmayıb. Bu, sərfəli deyil, çünki Ukrayna il yarım ərzində MDB sistemindən tamamilə ayrılmaq istəyir”, - deyə Vesti.ru saytı bildirir.