14 Noyabr 2014 19:43
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük iyirmiliyin” (“G20”) növbəti sammitinə ev sahibliyi edəcək Avstraliyanın baş naziri Toni Ebbott son aylar ərzində dəfələrlə tənqid etdiyi Rusiya prezidenti Vladimir Putinin ünvanına növbəti ittihamlarını səsləndirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş nazir Putini Ukraynanı qorxutmaqda və “çar dövrünün və SSRİ-nin itirilmiş şöhrətini bərpa etmək cəhdində” ittiham edib.

“Rusiya sülhə, azadlığa və çiçəklənməyə istiqamətlənmiş super dövlət olmağa çalışsaydı, daha cazibədar olardı ", - deyə Avstraliya baş naziri bildirib.

Ebbott ilə Putin arasında qarşıdurma Malayziyanın “Boinq-777” təyyarəsinin iyun ayında Ukrayna hava səmasında vurulmasından sonra daha da kəskinləşib. Qəza nəticəsində ölən 298 nəfərin 28-i avstraliyalı idi. Hadisə ilə bağlı sübutlar təqdim edilməsə də rəsmi Kanberra təyyarə qəzasına görə Rusiya meylli separatçıları ittiham edir.

Avstraliya baş nazirinin Rusiya prezidentinə mənfi münasibətinin nəticəsidir ki, Ebbott Putini “G20”nin sammitinə buraxmamağı təklif edirdi. Lakin Ebbott sonradan “G20”nin digər üzvlərinin təzyiqi altında geri çəkilməyə məcbur oldu.

Məlumata görə, sammitin keçiriləcəyi Brisben şəhərinin mərkəzində Vladimir Putinin beynəlxalq tədbirdə iştirakına etiraz əlaməti olaraq aksiya keçiriləcək. Brisbenin bir çox sakini yaranacaq qarşıdurmadan ehtiyat edərək şəhəri tərk edir. Hakimiyyət isə sakinləri şəhərdən qaçmamağa çağırır və onlara şəhər ətrafında qalmaq üçün pulsuz yerlər vəd edir. Mətbuatın yazdığına görə, şəhər sammit ərəfəsində “şəhər-kabus”a çevrilib.

Şəhər sakinləri təhlükəsizliyin strukturlarının qarşıdakı sammitə aktiv hazırlığından narazıdır. Avstraliya Hərbi Hava Qüvvələri Brisben səmasında məşq uçuşlarını yerinə yetirir, polis təhlükəsizlik tədbirlərini gücləndirir. Gözlənildiyi kimi, “G20”nin sammitinə təxminən 4 min nümayəndə və 3 min jurnalist gələcək. Şəhərdə təhlükəsizlik orqanlarının ən azı 6 min əməkdaşı sammitdə təhlükəsizliyi qoruyacaq.

Qeyd edək ki, “G20”nin sammiti 15-16 noyabr tarixlərində keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər