İraqın ən böyük neft emalı zavodlarının yerləşdiyi Beyci şəhərinin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatından geri alındıqdan sonra İraq ordusunun növbəti hədəfinin Tikrit olduğu açıqlanıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, yayılan məlumatlarda İraq ordusunun əsas məqsədinin İŞİD-in mümkün qədər ölkədən uzaqlaşdırılması və ya məhv edilməsi olduğu bildirilir.
"Reuters" xəbər agentliyinə məlumat verən İraq ordusu rəsmiləri İŞİD-in Dəclə çayına tərəf geri çəkildiyini qeyd edirlər.
Rəsmilər həmçinin koalisiya qüvvələrinin aviazərbələrinin də İŞİD-ə tutarlı zərbələr endirdiyini ifadə edib.
Samir