9 Noyabr 2021 14:52
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın ən böyük müxalifət partiyası Vahid Milli Hərəkatın üzvləri Tiflisdə Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyasına başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.

Etirazçıların əsas tələbləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması, onun mülki klinikaya köçürülməsi, həmçinin növbədənkənar seçkilərin təyin edilməsidir.

“Hər gün müxtəlif yerlərdə, müxtəlif nazirliklərin önündə aksiyalar keçiriləcək. Bu o vaxta qədər davam edəcək ki, Mixail Saakaşvilinin təhlükəsizliyi təmin olunsun”, - VMH lideri Nika Meliya bildirib.

Müxalifət liderləri də Saakaşvilinin ədliyyə naziri Rati Breqadze ilə görüş tələb edirlər.

Nazirliyin girişinə əlavə polis qüvvələri cəlb olunub.

Ötən gecə Saakaşvili Rustavidəki 12 saylı həbsxanadan Tiflisdən kənarda yerləşən həbsxananın xəstəxanasına köçürülüb. Ədliyyə Nazirliyinin rəhbəri bunu 40 gün əvvəl aclıq aksiyasına başlayan eks-prezidentin səhhətindən narahat olması ilə əlaqələndirib.

Saakaşvilinin mülki xəstəxanaya köçürülməsində israrlı olan müxalifət onun həbsxana xəstəxanasına köçürülməsini qanunsuz hesab edir və gündəlik etiraz aksiyaları keçirməyi planlaşdırır.

***

14:00

Dünən etiraz aksiyasına başlayan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müxalif Vahid Milli Hərəkat partiyasının nümayəndələri və tərəfdarları bütün gecəni Tiflisdə Hökumət Evi yaxınlığında keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi 2” telekanalı məlumat yayıb.

Ehtimal olunan toqquşmanın qarşısını almaq məqsədilə əraziyə əlavə polis qüvvələri göndərilib.

Gecə saatlarında Hökumət Evinin önündə vəziyyət bir neçə dəfə gərginləşsə də, həbslər olmayıb. Səhərə qədər etirazçıların sayı nəzərəçarpacaq dərəcədə azalsa da, polis təhlükəsizlik məqsədilə binanın girişinin yaxınlığında dəmir hasarlar çəkib. Hazırda Hökumət Evində vəziyyət sakitdir.

Etirazçılar həbsdə olan Mixail Saakaşvilinin azad edilməsini tələb edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər