“Zülfüqar 1400” təlimləri zamanı İranın hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olmağa çalışan ABŞ-ın MQ-9 və RQ4 pilotsuz təyyarələrinin qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, hərbi təlimlər zamanı MQ-9 və RQ4 PUA-ları İranın hava hücumundan müdafiə sistemlərini uzaq məsafədən müşahidə edərkən, hava hücumundan müdafiə sistemlərinin nəzarətində olan zonadan keçib.
Xəbərdarlıqdan sonra pilotsuz təyyarələr marşrutunu dəyişərək İran sərhədlərindən uzaqlaşıb.
İran ordusu noyabrın 4-də “Zülfüqar 1400” adlı hərbi təlimlərə başlayıb. Hərbi məşqlər Hörmüzqan, Sistan və Bəlucistan əyalətlərində, Makran sahillərində keçirilir. Təlimlərdə İranın Hərbi Dəniz Qüvvələri, Hava Hücumundan Müdafiə Qüvvələri, Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının bölmələri iştirak edir.