Minlərlə turistin istirahət etdiyi məkanda bir anda başlayan mafiya döyüşünün görüntüləri ortaya çıxıb. Təhlükəsizlik kameralarında mafiya üzvlərinin kütləvi şəkildə silahlı halda hadisə yerinə irəlilədiyi və narkotik satıcısı olan şəxsi necə öldürdüyü görünür.
Teleqraf.com xəbər verir ki, hadisə Meksikanın Kankun turistik bölgəsindəki "Hyaat Ziva Riviera" adlı 5 ulduzlu oteldə baş verib.
İnsanlar panika içində özlərini mehmanxana otaqlarına salaraq qapılarını bağlayıb. Rəqib mafiyalar qarşıdurmaya başlayıb və otaqların qapılarına qurulan barrikadalar dünyanı şoka salıb. Xüsusilə, ABŞ turistlərinin diqqətini çəkən beşulduzlu "Hyatt Ziva Riviera" otelində pulemyot səsləri eşidilib. Bu zaman yüzlərlə turist çimərlikdə, bəziləri restoranlarda və ya otaqlarında dincəlirmiş. Yerli media mafiya üzvlərinin otelə iki yük maşını ilə gəldiyini, birbaşa çimərlikdəki iki şəxsi hədəfə aldığını, daha sonra isə qayıqla qaçdığını bildirir.
Şahidlər qeyd edir ki, günorta saatlarında silah səsləri eşidən turistlər arasında çaxnaşma yaranıb və camaat çimərlikdən və hovuzlardan otelə qaçıb. Təhlükəsizlik kameraları mafiya üzvlərinin qaçmaq üçün sürətli qayıqlara minməzdən əvvəl iki narkotik satıcısını güllələdiyi anı lentə alıb. Silahlı şəxslər ikinci narkotik satıcısını qorunmaq üçün yer axtararkən otelin bir neçə addımlığında öldürüb.
Mafiya üzvlərinin daha sonra Petempiç körfəzi üzərindən qaçmaq üçün çimərlik boyu gəzdiyi və iki gəmiyə minərək aradan çıxdığı məlum olub.
Əyalət prokuroru hadisə ilə bağlı iki nəfərin həbs edildiyini açıqlayıb, bildirilib ki, bu şəxslər mafiya silahlılarını otel ərazisinə apardıqlarını etiraf ediblər.