ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) kəşfiyyat və zərbələrə nəzarəti üçün nəzərdə tutulan E-8C təyyarəsi Qara dəniz üzərində beş saatdan artıq uçuş həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, təyyarə Almaniyanın Ramşteyn aviabazasından havaya qalxıb və beş saat 13 dəqiqə uçuş həyata keçirib.
Təyyarənin Rusiya sərhədinə minimum yaxınlaşma məsafəsi 35 kilometr olub.