“Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin mənə demokratiyanın effektivliyinə şübhə etdiklərini açıq şəkildə bildiriblər”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Həm Putin, həm də Si Cinpin mənə açıq şəkildə bildirdilər ki, XXI əsrdə demokratiyanın effektli işləyə biləcəyinə inanmırlar, çünki konsensusa nail olmaq çox uzun çəkir və buna görə də avtokratiyalar qalib gələcək”, - Ağ Ev rəhbəri vurğulayıb.