10 Noyabr 2021 16:09
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal temperatur 2 selsi dərəcəyə çatarsa, 1 milyard insan ölümcül həddindən artıq isti stressi ilə üzləşə bilər.

Teleqraf.com xəbər verir ki, məlumat İngiltərə Meteorologiya İnstitutunun dərc etdiyi araşdırmada öz əksini tapıb.

Bildirilir ki, həddindən artıq isti stress, ölümcül istilik və rütubət birləşməsinin təsirinə məruz qalan ərazilərdə insanların sayı təxminən 15 dəfə arta bilər. Araşdırmaya görə, həddən artıq istilərin stressindən təsirlənən bölgələrdə yaşayan insanların sayı 68 milyondan təqribən 1 milyarda yüksələcək, 4 dərəcə selsi artdığı halda isə dünya əhalisinin az qala yarısı təsirlənəcək. Qlobal temperaturun artması nəticəsində böyük ərazilərdə çayların daşması, meşə yanğını riski, quraqlıq və ərzaq təhlükəsizliyi də proqnozlaşdırılır.

İqlim dəyişikliyinə ən çox Braziliya və Efiopiya məruz qalacaq.

Hesabata görə, bu günə qədər ölkələrin təqdim etdiyi milli töhfə bəyannamələri qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün yetərli deyil.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər