ABŞ Gürcüstanı həbsdə olan keçmiş prezident Mixail Saakaşviliyə münasibətdə dürüst və ləyaqətlə yanaşmağa və onunla bağlı beynəlxalq standartlara əməl etməyə çağırır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Dövlət Departamentinin rəsmisi deyib ki, Saakaşvilinin vəkilinin eks-prezidentin döyülməsi ilə bağlı səsləndirdiyi məlumat onun saxlanma şəraiti ilə bağlı narahatlığı artırır: “ABŞ Gürcüstan hökumətini Saakaşvili ilə ədalətli, ləyaqətli və qanunlara uyğun davranmağa çağırır”.
Qeyd edək ki, Saakaşvilinin həbsxanada döyüldüyü haqda xəbərlər yayılıb.