Hazırda dünyada ən böyük donanma gücünə malik ölkə Çindir.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqondan gələn açıqlamada bildirilir.
Pentaqon bəyan edir ki, Çin dünyanın ən böyük donanmasına sahibdir və fevral ayına qədər yeni və yüksək texnologiyaya malik hərbi gəmini dənizə buraxacaq.
Pentaqonun Çinlə bağlı illik hesabatında Pekinin 366 gəmi və sualtı qayıqdan formalaşan hərbi dəniz donanması ilə dünyanın ən böyük gücünə sahib olduğu vurğulanır.
2022-ci ilin əvvəllərində Type-300 adlı üçüncü təyyarədaşıyan gəmisini donanmasına təqdim edəcək Çinin bu layihəsi peykdən görüntülənib.
Bu görüntüləri yayımlayan CSİS Araşdırma Mərkəzi gəminin ABŞ-ın müvafiq gəmiləri ilə bənzər xüsusiyyətlərə malik olduğunu qeyd edir.
ABŞ hazırda 11 ədəd təyyarədaşıyan gəmisi ilə dünyada liderdir. İngiltərə donanması yeni HMS Queen Elizabeth daxil iki tyyarədaşıyan gəmiyə sahibdir. Rusiya donanmasında isə cəmi bir belə gəmi var.
Qeyd edək ki, son illər Tayvan adası uğrunda Pekin-Vaşinqton münasibətləri gərginləşib. Pekin ABŞ-la mümkün müharibəni nəzərə alaraq ABŞ donbanmasına aid təyyarədaşıyan gəmilərin maketini inşa edərək onu zərərləşdirilməsinin yollarını araşdırır.
Hərbi analitiklər bölgədə ola biləcək ABŞ-Çibn qarşıdurmasını Üçüncü Dünya Müharibəsini alovlandıra biləcəyi xəbərdarlığını edirlər.
Qeyd edək ki, amerikalı keçmiş admiral james Stavridis və Elliot Akerman qələmə aldığı “2034: Dünya müharibə ssenarisi” adlı kitabında dünya müharibəsinin çıxa biləcəyi region kimi Şərqi Çin dənizini göstərib.