11 Noyabr 2021 08:25
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ABŞ prezidenti Co Baydenlə görüşdən sonra Avropa İttifaqının gələn həftənin əvvəlində Belarusa qarşı sanksiyaları genişləndirəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, yeni sanksiyalar fiziki və hüquqi şəxslərə şamil olunacaq.

Qeyd edək ki, bu yaxınlarda Litva, Latviya və Polşa Minski miqrasiya böhranı yaratmaqda ittiham edərək Belarusla sərhəddə saxlanılan qanunsuz miqrantların sayının artdığını bildiriblər.

Rəsmi Minsk bütün ittihamları rədd edir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, Polşa prezidenti Belarusla həmsərhəd ərazilərdə fövqəladə vəziyyət elan edib, sərhədin mühafizəsinə ordu və polis cəlb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər