11 Noyabr 2021 10:48
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyası və Kratos Pilotsuz Hava Sistemləri tərəfindən XQ-58A “Valkyrie” adlı 3215 kilometr uçuş məsafəsinə malik silahlı pilotsuz uçuş aparatı hazırlanıb.

Teleqraf.com xəbər verir ki, “Valkyrie” ABŞ Hərbi Hava Qüvvələrinin süni intellektə malik pilotsuz döyüş hava layihəsidir.

“Valkyrie” dronunda onu idarə edən və pilotlu qırıcı-bombardmançıların işlərini daha effektiv və səmərəli yerinə yetirməsinə kömək edən “Skyborg” adlı daxili beyin var.

Mütəxəssislərin fikrincə, “Skyborg” kənardan idarə olunmadan uçuş planı qura, hədəflərini izləyə və hava şəraitinə uyğun olaraq hərəkətlərini tənzimləyə bilir. Bu, daha təhlükəsiz dayanıqlı raket buraxılışlarına və bombardmana imkan verir.

“Valkyrie” örototipdən və sınaq uçuşundan yalnız 2.5 il sonra üzünü göstərə bilib. Müdafiə podratçısı Kratos dronları bu il Hərbi Hava Qüvvələrinə çatdırmağı planlaşdırır.

“F-22” və ya “F-35”-lərlə birlikdə uçacaq “Valkyrie” “Skyborg” sistemi tərəfindən idarə olunacaq. Dron kəşfiyyat və müşahidə aparacaq, kəşfiyyatçı rolunu yerinə yetirəcək və hədəfləri bombalayacaq.

“Valkyrie” "görünməz" PUA-dır, radarda izləmək çətindir.

Qiyməti 80 milyon dollardır.

Təxminən 2000 mil məsafəyə uça bilən “Valkyrie” saatda 652 mil maksimum sürətə çata bilər.


Müəllif: Mənsur Rəğbətoğlu