11 Noyabr 2021 11:40
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin dövlət başçısı Asiya-Sakit okean bölgəsində soyuq müharibə qarşıdurmasından qaçmağı vacib sayır.

Teleqraf.com xəbər verir ki, Si Cinpinin çıxışı Yeni Zelandiyada keçirilən Asiya-Sakit okean regionu İqtisadi Əməkdaşlıq Birliyinin zirvə görüşündə səsləndirilib.

Cinpin çıxışında şəffaflıq və əməkdaşlıq çağırışı edərək bildirib ki, Asiya-Sakit okean regionu soyuq müharibə dövrünün ideoloji parçalanmalarına və münaqişələrinə qayıda bilməz və qayıtmamalıdır.

Bölgənin azad ticarət və sərmayəni daha da inkişaf etdirməli olduğunu bildirən Çin lideri qeyd edib ki, sənaye əlaqələri və təchizat zəncirləri funksional və sabit olmalıdır: “İqtisadi dirçəliş və qarşılıqlı inkişafı təmin etmək üçün davamlı qaynaq və giriş axını təşviq edilməlidir”.

Çinin islahat və açılım prosesini inkişaf etdirməkdə qərarlı olduğunu vurğulayan Si Cinpin Asiya-Sakit okean regionunun inkişafında hərəkətverici qüvvə olmağı hədəflədiklərini deyib.


Müəllif: Nemət

Oxşar xəbərlər