Pakistanda adları Müqəddəs və Adnan olan iki gənc bir-birinə aşiq olsa da, ailələri onların evlənmək istəklərinə qarşı çıxıblar.
Teleqraf.com xəbər verir ki, ailəsi Müqəddəsi başqasına vermək istədikdə gənc qız sevgilisi Adnanla zəhər içərək əl-ələ verib həyatlarına son qoyublar.
Polis Müqəddəs və Adnanın uzun müddətdir bir-birlərini sevdiyini, gənc qadının ailəsinin isə bu münasibətə etiraz etdiyini bildirib.
Açıqlamada ailənin qızlarını başqa kişiyə vermək üçün başqa ailə ilə razılaşdığını, bundan bir gün əvvəl Müqəddəs və Adnanın zəhər içdikləri deyilib.
Bədbəxt cütlük durumları ağır halda xəstəxanaya yerləşdirilsə də, həyatlarını xilas etmək mümkün olmayıb.
2016-cı ildə Sarqoda şəhərində də başqa bir cütlük ailələri evlənməyə icazə vermədiyi üçün zəhər içərək canlarına qəsd edib.