11 Noyabr 2021 23:56
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Gürcüstandan öz vətəndaşı olan Mixeil Saakaşviliyə qarşı ləyaqətli davranış tələb edib və ona qarşı fiziki güc tətbiqini qəbuledilməz hesab edib.

Teleqraf.com xəbər verir ki, Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski Gürcüstanın bu ölkədəki səfiri Giorgi Zakaraşvili ilə görüşü zamanı belə deyib. Bildirib ki, görüş zamanı nazir müavini Gürcüstan tərəfini Ukraynanın mövqeyi ilə bağlı məlumatlandırıb.

Toçitski vurğulayıb ki, Ukrayna Gürcüstanın beynəlxalq hüquqa uyğun olaraq təminat verməyə borclu olduğu M. Saakaşvilinin hüquqlarına riayət olunmasına bundan sonra da xüsusi diqqət yetirəcək.

Qeyd edək ki, Gürcüstan Ədliyyə nazirliyinin Xüsusi Penitensiar Xidməti bu gün sabiq prezident M. Saakaşviliyə qarşı fiziki güc tətbiq edilərək həbsxana xəstəxanasına zorla aparılmasının görüntülərini paylaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər