12 Noyabr 2021 08:25
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya peyvənd olunmamış vətəndaşlar üçün COVID-19 koronavirusuna qarşı sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edə bilər.

Teleqraf.com xəbər verir ki, ölkənin kansleri Aleksandr Şallenberqin sözlərinə görə, ölkə əhalisinin üçdə ikisi yerdə qalanlara görə azadlığını qurban verməməlidir: "Mənə elə gəlir ki, peyvəndi qəbul edən insanlar bunu etməyənlərlə görə qapanmalardan əziyyət çəkməməlidirlər".

O əlavə edib ki, peyvənd olunmayanlar üçün qapanma, çox güman ki, qaçılmazdır.

Şallenberq keçən ay bildirmişdiki, COVID-19 yoluxmalarının sayı artmağa davam edərsə, peyvənd almamış insanlara qarşı yeni sərt tədbirlərin tətbiq oluna bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər