Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa Birliyinin (AB) ölkəsinə sanksiyalar tətbiq edəcəyi təqdirdə bölgəyə gedən qazı kəsəməklə hədələyib.
Teleqraf.com xəbər verir ki, Belarus lideri AB-yə açıq xəbərdarlıq edib.
“Əgər bizə əlavə sanksiyalar tətbiq ediləcəksə, cavab vermək məcburiyyətində qalacağıq” deyən Aleksandr Lukaşenko Belarusdan keçərək Avropa ölkələrinə gedən Rusiya qaz xəttinə işarət edib: “Biz Avropanı istəyirik və onlar bizi təhdid edir. Yaxşı, qaz nəqlini durduraq?”
Lukaşenko Polşa, Latviyanın və digər ölkələrin liderlərinə danışmadan öncə düşünmələrini məsləhət görüb.
Lukaşenkonun bu sözləri Avropadakı təbii qaz qıtlığı və bahalı qiymətlər haqqında yeni narahatlıqlara yol açıb.
Avropa Birliyinin Maliyyə Komissiyasının sədri Paolo Qentilon Lukaşenkonun təhdidlərinin göz qorxutmamalı olduğunu söyləyib.
“Röyter” agentliyinə danışan və adını açıqlamayan iki diplomat isə bazar ertəsindən başlayaraq Belarusa daha geniş sanksiyaların tətbiq ediləcəyini deyib.