12 Noyabr 2021 12:52
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin noyabrın 29-da başlayacaq nüvə danışıqlarından əvvəl koordinasiyanı təmin etmək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İsrail, Səudiyyə Ərəbistanı və Bəhreynə səfər edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İran üzrə xüsusi nümayəndə dörd paytaxtda məxfi müzakirələri 11-20 noyabr tarixlərində aparacaq.

ABŞ Dövlət Departamentinin məlumatında qeyd edilib: “Xüsusi nümayəndə İranın regionda sabitliyi pozan fəaliyyəti və anlaşmaya tam əməl olunması qarşılığında razılaşmaya qarşılıqlı qayıdılması üzrə danışıqların 7-ci raundu da daxil olmaqla, İranla bağlı geniş spektrli narahatlıqların aradan qaldırılması üçün yanaşmalarımızı əlaqələndirəcək”.

İran xarici işlər nazirinin müavini və İranın Vyana danışıqlarına rəhbərlik edən Əli Bakiri Keni noyabrın 3-də sosial media hesabındakı paylaşımda nüvə danışıqlarına noyabrın 29-da başlayacaqlarını bəyan etmişdi.


Müəllif: Nemət