12 Noyabr 2021 18:30
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Raket Qüvvələrinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Korla bazasının olduğu iddia edilən regionda “F-35” döyüş təyyarələrinin maketləri aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Amerika mətbuatı maketlərin “Dong Fıng 16” (DF-16) və “Dong Fıng 21C” (DF-21C) tipli orta mənzilli idarə olunan raketlər üçün atəş hədəfi kimi istifadə edildiyini və bununla da ABŞ-ın Yaponiyadakı hərbi bazalarına hədələyici mesajının verdiyini iddia edib.

Xəbərdə 1000-2000 kilometr mənzilli raketlərin bütün Yaponiyanı öz mənzili daxilinə ala bildiyinə diqqət çəkilib. Çinin bu addımı ABŞ Dəniz Piyadalarının İvakuni, Yaponiyanın isə Misava hərbi hava bazasında “F-35”lər yerləşdirməsinə cavab olaraq atdığı bildirilib.

ABŞ-ın “Maxar” şirkəti noyabrın 8-də Çinin şimal-qərbindəki Təkləməkan səhrası olduğu iddia edilən ərazidə təyyarə gəmiləri və esmines gəmi modellərinin peyk fotolarını dərc edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər