15 Noyabr 2014 02:44
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağdadda dünən axşam baş verən ardıcıl terror partlayış nəticəsində ən azı 15 nəfər ölüb, 47 nəfərdən artıq adam isə yaralanıb.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə İraq DİN xəbər yayıb.

Polisin məlumatına görə, şəhərin şimal rayonları da ekstremistlərin hədəfinə çevrilib. Tiqr çayı bölgəsində minalanmış avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb. Əzamiyə rayonunda restoran yaxınlığındakı avtomobil göyə uçurulub. Bu terror aktı zamanı 10-dan artıq dinc sakin həlak olub. Hadisə yerində təcili yardım briqadası işləyir.

Hələlik heç bir təşkilat bu hücumlara görə məsuliyyəti üzərinə götürməyib.

Nihad


Müəllif: