15 Noyabr 2014 06:36
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın şimal-qərbində girov götürülən 9 Türkiyə vətəndaşı sərbəst buraxılıb.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu general Xəlifə Haftara sadiq hərbi birləşmələrin sözçüsu Məhəmməd Hicazi bəyan edib.

"Benqazidə döyüş əməliyyatlarına yaxın ərazidə saxlanılan 9 Türkiyə vətəndaşı sərbəst buraxılıb. Araşdırma nəticəsində onların qeyri-qanuni hərəkətlərə yol vermədikləri bəlli olub. Həmin şəxslər Liviya ordusu Baş komandanlığının əmri ilə müvəqqəti hökumətə təhvil verilib”, deyə Hicazi bildirib.

Türkiyə vətəndaşlarının Liviyanın şərqindəki Əl-Bayda şəhərində sərbəst buraxıldıqları bildirilib. Faktı təsdiqləyən müvəqqəti hökumət, onların BMT strukturlarının vasitəçiliyi ilə vətənə dönəcəklərini qeyd edib.

Məlum olduğu kimi, türkiyəlilər oktyabrın 31-də, Misurata şəhərindəki Türkiyə konsulluğuna yollanarkən girov götürülmüşdülər.


Müəllif: