İsrailin Aviasiya və Kosmik Sənaye Komitəsi (IAI) eyni anda fərqli təhdidləri təsbit edərək məhv etmək qabiliyyətində olan yeni elektron sistemləri-silahını dünyaya təqdim edib.
Teleqraf.com xəbər verir ki, “Scorpius” silah ailəsi kimi tanınan sistem pilotsuz təyyarələri, gəmiləri, radar sistemlərini və ya digər raketləri zərərsizləşdirmək üçün elektromaqnit spektrlərinə müdaxilə edən şüalar göndərir.
Bununla da düşmənlərin elektron sensorlar, naviqasiya, radar və digər elektron fəaliyyətləri pozulur. IAI-nin Marketinq üzrə vitse-prezidenti Gideon Fustik “Forbes”ə sistemi “inqilab” kimi xarakterizə edib: “Biz buna “yumşaq qoruma” deyirik”.
“Bu, raketsiz hücum silahıdır. Düşmən sistemlərinin qarşısını almaq və söndürməkdə çox təsirlidir. Əhəmiyyətli dərəcədə yüksək qəbuledici həssaslığı və ötürmə gücü ilə sistem keçmişdən fərqli olaraq eyni vaxtda və daha böyük məsafələrdən müxtəlif növ birdən çox təhlükəni aşkarlaya və zərərsizləşdirə bilər”, - mütəxəssis əlavə edib.