Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadının (YPG) iki üzvünü məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, YPG/PKK terrorçuları "Sülh bulağı" antiterror əməliyyatı zonasına girməyə cəhd edərkən məhv ediliblər:
""Sülh bulağı" əməliyyatı zonasında sabitliyin pozulması cəhdinin qarşısı Türkiyə hərbçiləri sayəsində alınıb".