15 Noyabr 2014 08:23
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Merkel hökumətini tənqid edən Almaniya Prezidenti Yoahim Qauka ölkənin xarici siyasəti barədə danışmaq qadağan edilib.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, prezident artıq hökumətin apardığı xarici siyasətin əksinə danışa bilməyəcək.

Almaniya Federal Məclisi Prezident Qaukun hansı istiqamətdə danışacağı barədə hesabat hazırlayıb. Hazırlanan hesabatın hansı millət vəkili tərəfindən təklif edildiyi açıqlanmayıb.

Qeyd edək ki, Yoahim Qauk Türkiyə səfəri zamanı Ərdoğanı tənqid edib. Bundan əlavə İkinci Dünya Müharibəsi ilə bağlı keçirilən anım mərasimində Rusiyanın əleyhinə sərt fikirlər söyləyib.


Müəllif:

Oxşar xəbərlər