Rusiya Federasiyası Türkiyə ilə hərbi məhsullarının tədarükü və silahların birgə hazırlanmasını müzakirə edir.
Teleqraf.com xəbər verir ki, bunu "İnterfaks"a "Dubay Airshow-2021" beynəlxalq aviasalonunda Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.
D.Şuqayev bildirib: "Rusiyanın müasir hərbi məhsullarının tədarükü, eləcə də silahların birgə hazırlanması ilə bağlı danışıqlar davam edir".
O, Türkiyə ilə hərbi-texniki əməkdaşlığın perspektivləri və Ankaraya S-400 hava hücumundan müdafiə sistemlərinin yeni partiyasının tədarükü üçün müqavilənin imzalanmasının mümkün vaxtı ilə bağlı suala cavabında dəqiq vaxt barədə məlumat verməyib: "Türkiyə Respublikası ilə hərbi-texniki əməkdaşlıq stabil şəkildə inkişaf edir".
D.Şuqayev əlavə edib ki, bölgənin bir çox ölkəsi S-400 Triumf hava hücumundan müdafiə sisteminə maraq göstərir.