Bolqarıstanın Sliven şəhərindəki xəstəxananın COVID-19 şöbəsində yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, yanğın xəstəxananın 4-cü mərtəbəsində qeydə alınıb.
Hadisə baş verən otaqda 3 xəstənin yanmış meyiti tapılıb.
Qalan xəstələr dərhal şöbədən təxliyə edilib.
Yanğının səbəbləri hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.