14 Noyabr 2021 19:42
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi prezident seçkilərində namizəd olmaq üçün müraciət edib.

Teleqraf.com xəbər verir ki, o, Səbha şəhərindəki seçki komissiyasına gedərək, namizədlik üçün sənədlərini təqdim edib.

Bildirilib ki, seçki mərkəzinə şəxsən gedən S.Qəddafi 2011-ci ildə atasının hakimiyyətdən salınmasından bəri ilk dəfə ortaya çıxıb.

S.Qəddafi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən insanlıq əleyhinə cinayət törətmək ittihamı ilə axtarılır.

Liviya Hərbi Prokurorluğu da Seyfülislam haqqında “cinayət” və “muzdlu əsgərlərdən istifadə” ittihamları ilə saxlanılma qərarı çıxarmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər