"Türk Hava Yolları" aviaşirkəti COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində Braziliya, Cənubi Afrika, Nepal və Şri-Lankaya uçuşları müvəqqəti dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin media müşaviri Yahya Üstün açıqlama verib.
Bu gecə saat 00:00-dan etibarən dayandırılan səfərlərin növbəti xəbərdarlığa qədər edilməyəcəyi bildirilir.