15 Noyabr 2021 10:05
1 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının lideri Abdullah Öcalanın qardaşı Osman Öcalanın müalicə aldığı xəstəxanada vəfat etdiyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Osman Öcalanın bu gün erkən saatlarda Ərbildə koronavirus səbəbindən öldüyü deyilib.

Uzun müddət Ərbildə xəstəxanada reanimasiya şöbəsində müalicə alan Osman Öcalan 2021-ci ilin iyul ayında keçirdiyi serebral iflic səbəbiylə hərəkət və danışma qabiliyyətini tamamilə itirmişdi.

Öcalanın kiçik qardaşı Osman Öcalan 1958-ci ildə Şanlıurfanın Halfeti rayonunun Ömərli kəndində anadan olub.

1978-ci ildə Liviyada təhsil aldıqdan sonra PKK-ya qoşulub. 1986-cı ildə PKK-nın mərkəzi komitəsinə, 1990-cı illərdə isə PKK-nın ali komitəsinə qoşularaq, faktiki olaraq terror təşkilatının komandirlərindən biri olub.

1992-ci ildə İraqın iki əsas kürd partiyası (KDP və PUK) ilə atəşkəs sazişi imzaladıqdan sonra PKK tərəfindən həbs edilib.

Osman Öcalan 1994-cü ildə PKK-dan ayrılıb. Bundan sonra yenidən PKK-ya qoşulan Öcalan 2004-cü ildə yenidən təşkilatın sıralarını tərk edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər