ABŞ-ın 6-cı Donanmasının flaqmanı “Mount Whitney” NATO-nun təlimlərində iştirak etdikdən sonra Qara dənizdən Aralıq dənizinə üzməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika donanması açıqlama verib.
“ABŞ-ın 6-cı Donanmasının flaqmanı “Mount Whitney” göyərtəsindəki amerikalı dənizçilər və NATO kontingenti ilə birlikdə noyabrın 15-də NATO müttəfiqləri və tərəfdaşları ilə dəniz əməliyyatları və təlimləri başa vurduqdan sonra Qara dənizdən Aralıq dənizinə üzməyə başlayıb”, - məlumatda bildirilib.
Rumıniya sahillərində keçirilən təlimlərdə ABŞ Hərbi Dəniz Qüvvələri, Türkiyə, Rumıniya və Ukraynanın döyüş gəmiləri iştirak edib.
Təlimlər Rusiyanın etirazına səbəb olmuşdu. Prezident Vladimir Putin bunu “Rusiyaya meydan oxumaq” adlandırmışdı.