“NATO Rusiya silahlı qüvvələrinin Ukrayna sərhədlərinə çəkilməsi ilə bağlı hadisələrin istənilən inkişafına hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Biz Rusiya silahlı qüvvələrinin bəzi qeyri-adi hərəkətlərini və bölgədə qüvvələrinin cəmləşməsini müşahidə edirik, buna görə də biz “həyəcan təbili” çalırıq, vəziyyəti izləyirik və hadisələrin istənilən inkişafına cavab verməyə hazırıq”, - NATO baş katibi vurğulayıb.