Yunanıstan, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Şərqi Aralıq dənizində, Krit adasının cənub şərqində və Pelopeniz yarımadası sahillərində keçirəcəyi “Meduza-11” adlı təlimlərə start verir.
Teleqraf.com xəbər verir ki, daha çox Türkiyəyə qarşı hesab olunan təlimlər bu gün başlayır və noyabrın 22-nə qədər davam edəcək.
Qeyd olunur ki, təlimlərə Cənubi Kipr Respublikası da dəvət olunub.
Yunan mediası iddia edib ki, “Meuza-11” təlimlərinin bəzi hissələrinin Türkiyə ilə Liviya arasında 2019-cu ildə imzalanan dəniz sərhədlərinə nəzərdə tutulan ərazilərdə keçiriləcək.
Xəbərə görə, təlimə Misirin vertolyot meydançalı 1 döyüş gəmisi, Yunanıstanın 1 freqat və F-16, BƏƏ-nin isə döyüş təyyarələri qatılacaq. Cənubi Kipr isə təlimdə hərbi heyətlə iştirak edəcək.