15 Noyabr 2021 15:43
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus hakimiyyətinin Şərq və Asiya ölkələrindən Avropa İttifaqına tranzit məqsədilə ölkəsinə toplanmış qaçqınları öz vətənlərinə göndərməyə hazır olduğunu, lakin onların bunu istəmədiklərini söyləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident Lukaşenko Konstitusiya layihəsinin yekunlaşdırılması üzrə işçi qrupu ilə görüşü zamanı deyib.

Prezident Aleksandr Lukaşenko vurğulayıb ki, Belarus tərəfi qaçqınların dövlət sərhədində toplanmasının qarşısını almaq üçün hər şeyi edir: “Belarus Avropa İttifaqına getmək fikrində olan qaçqınları öz vətənlərinə göndərməyə hazırdır”.

Qeyd edək ki, Litva, Latviya və Polşa Belarusla sərhəddə Yaxın Şərq və Afrikadan tutulan qanunsuz miqrantların sayının artdığını bildirərkən, Minski süni miqrasiya böhranı yaratmaqda günahlandırır. Minsk isə bütün ittihamları rədd edir. Yaranmış vəziyyətlə əlaqədar olaraq Polşa prezidenti Belarusla həmsərhəd ərazilərdə fövqəladə vəziyyət elan edib, sərhədin mühafizəsinə ordu və polis cəlb edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər