İngiltərə 600 hərbçidən ibarət əməliyyat qrupunu Rusiya işğalına qarşı Ukraynada yerləşdirilməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə ingilis nəşri “The Mirror” yazıb.
Qəzetə açıqlama verən rəsmi mənbənin sözlərinə görə, London Rusiyanın ehtimal olunan işğalına qarşı 600 nəfərlik hərbi qüvvəni Ukraynada yerləşdirməyə hazır vəziyyətdə saxlayır.
Məlumata görə, ingilis hökumətinin qurduğu qrupa xüsusi təyinatlıların hərbçiləri, kəşfiyyatçılar, həkimlər, mühəndislər, rabitə mütəxəssisləri, həmçinin Alderşotda yerləşən 16-cı Hava Hücum Briqadasının 400-ə qədər paraşütçüləri daxildir.
“Operativ olaraq hərəkətə keçməyə hazır olan bölməyə çox tez bir zamanda bölgədə yerləşdirilə biləcəyi təlimatı verilib. 400-600 hərbçi buna hazırdır. Bütün avadanlıqlar da hazır vəziyyətə gətirilib, onlar Ukraynaya uçmağa və havadan eniş etməyə hazırdırlar”, - mənbə qəzetə bildirib.
Bundan əvvəl Britaniya baş qərargah rəisi Nik Karter ingilis ordusunun Rusiya ilə müharibəyə hazır olmasının vacib olduğunu deyib.
Karter Rusiyanı Ukrayna ilə sərhəddə sabitliyi pozmaq ittiham edib.
O, Rusiyanın vəzifəyə gəldiyi 8 il bundan əvvəllə müqayisədə Şərqi Avropada daha böyük təhlükəyə çevrildiyini vurğulayıb.
Karter deyib ki, o, Rusiya ilə müharibə olmayacağına ümid edir, Moskvanın müharibə istəməsinə inanmır, buna görə də NATO mümkün qarşıdurmaya hazır olmalıdır.