Türkiyə Müdafiə Nazirliyi ABŞ-da iki ölkənin hərbi nümayəndə heyətləri arasındakı görüşün müsbət və konstruktiv şəraitdə keçdiyini və növbəti görüşün Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəlindiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, göüşdə “F-35” və “F-16” məsələlərinin də müzakirə edildiyi bildirilib.
Açıqlamada görüşünün Vaşinqtonda keçirildiyi deyilib:
“Müsbət və konstruktiv atmosferdə keçən görüşdə hərbi nümayəndə heyətləri arasında ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Növbəti görüşün Türkiyədə keçirilməsi razılaşdırılıb”.