Rusiya Müdafiə Nazirliyi hipersəsli “Tsirkon” raketi ilə yeni sınaq keçirildiyini bildirib.
Teleqraf.com xəbər verir ki, dəniz hədəfinin vurulduğu sınaqların uğurla keçdiyi qeyd edilib.
Rusiya Müdafiə Nazirliyi “Admiral Qorşkov” döyüş gəmisindən atılan “Tsirkon” raketi ilə Ağ dənizdəki hədəfin vurulduğunu açıqlayıb.
Raketin uçuşunun müəyyən edilmiş parametrlərə uyğun gəldiyi və müvəffəqiyyətli olduğu bildirilən açıqlamada bildirilib ki, hədəf birbaşa vurularaq məhv edilib.
Bildirilib ki, “Admiral Qorşkov” gəmisindən həyata keçirilən buraxılış “Tsirkon” raketinin tamamlanma mərhələsində olan sınaqları çərçivəsində həyata keçirilib.
Sınaq zamanı Şimal Donanmasının gəmi və helikopterlərinin əraziyə girişlərə bağladığı da diqqətə çatdırılıb.