19 Noyabr 2021 08:25
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radası Ukrayna və Türkiyə hökumətləri arasında hərbi əməkdaşlıq haqqında çərçivə sazişini təsdiq edib.

Teleqraf.com-un məlumatına görə, sənəd parlamentin ötən gün keçirilən iclasında təsdiqlənib. Sənədin təsdiqlənməsini 450 deputatdan 303-ü dəstəkləyib.

Qeyd edək ki, razılaşma Ukrayna Prezidenti Volodimir Zelenskinin 2020-ci ilin oktyabrında Türkiyəyə rəsmi səfəri zamanı əldə edilib.

Sənəd Ukrayna və Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişafını, o cümlədən şəxsi heyət, material, texnika, məlumat və təcrübə mübadiləsini nəzərdə tutur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər