20 Noyabr 2021 19:04
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrikanın Zambiya ölkəsində iqlim dəyişikliyi və qiymət artımı səbəbindən ərzaq böhranı yaşanır.

Teleqraf.com xəbər verir ki, ölkədə baş verən daşqınlar və əsas qida məhsullarından olan qarğıdalı ununun bahalaşması səbəbindən 1,5 milyondan çox insanın ərzaq yardımına ehtiyacı var.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) verdiyi bəyanatda vəziyyət yoxsulluğun yüksək səviyyəsi ilə xarakterizə olunub.

Ümumdünya Ərzaq Proqramı (WFP) tərəfindən verilən açıqlamada isə ölkədə yağışlı mövsümün gözlənildiyi açıqlayıb. Təşkilat ölkənin ən mühüm kənd təsərrüfatı mərkəzlərinin daşqın təhlükəsi ilə üzləşə biləcəyini ehtimal edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər