20 Noyabr 2021 18:49
1 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “S-300” hava hücumundan müdafiə sistemi və “T-72” tankının maketləri ABŞ-ın Alabama ştatında magistral yolda görüntülənib.

Teleqraf.com xəbər verir ki, bu modellərin ABŞ Hərbi Hava Qüvvələrinin təlimi zamanı “düşmən hədəfləri” kimi istifadə ediləcəyi təxmin edilir.

Çin mənbələri bildirib ki, ABŞ Sovet İttifaqının 1983-cü ildə istehsal etdiyi MAZ-543M hərbi texnikası əsasında PS modifikasiyası ilə 5P85S raket buraxılış qurğusunun kopiyasını yaratmağa çalışır. Amma fotolarda əks olunan modeldə Çin ordusunun bəzi silahlarına xas elementlər də var. Eyni zamanda, Çin ordusunun arsenalında Rusiya istehsalı olan S-300PMU1, S-300PMU2 və “S-400” sistemlərinin olduğu da məlumdur.

Sistemin şassisinin natamam olmasına diqqət çəkən ekspertlər şassinin məşq yerində tamamlanacağını deyirlər.

Hava hücumundan müdafiə sistemi modelinin yüksək çəkilərə tab gətirə bilən xüsusi təkərli platformaya yerləşdirildiyi görünür.

“T-72” tankı da 6 təkərli şassiyə quraşdırılıb.

Maraqlıdır ki, modeli hazırlayanlar bunun tam olaraq orijinala bənzəyib-bənzəməməsinə çox da əhəmiyyət verməyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər