Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Suriyanın İdlib sərhədindəki sərhəd zastavasına baş çəkib.
Teleqraf.com xəbər verir ki, Süleyman Soylu Altınözü rayonunda Suriya sərhədində yerləşən şəhid baş-leytenant Mehmet Alim adına sərhəd zastavasına gedib.
Burada xatirə kitabına ürək sözlərini yazan nazir sərhəddə vəziyyəti izləyib.