Türk məhsullarını 20 gündür sərhəd qapısında saxlayan Rusiyanın verdiyi son qərar türk istehsalçılarını pis vəziyyətdə qoyub.
Teleqraf.com xəbər verir ki, Qərbi Aralıq dənizi İxracatçılar Birliyinin sədri Ümit Mirzə Çavuşoğlu Rusiyanın Türkiyədən nar və bibər idxalını dayandırdığını açıqlayıb.
Onun sözlərinə görə, təxminən 116 milyon dollarlıq nar və bibərin idxalına qoyulan qadağa noyabrın 16-dan etibarən tətbiq olunmağa başlasa da, qərar rəsmi surətdə dünən Türkiyə tərəfinə çatdırılıb.
Çavuşoğlu qeyd edib ki, iki ölkənin nazirlikləri və ticarət attaşeləri arasında danışıqlar başlayıb.