15 Noyabr 2014 19:06
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda bombalı nəqliyyat vasitəsi ilə təşkil edilən hücumda 10 adam həyatını itirib, 21 nəfər isə yaralanıb.

Təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, qanlı olay Bağdadın Ət Taci mahalında baş verib.

Teleqraf.com “TRT Haber”ə istinadən məlumat verir ki, partlayışın xalq bazarının yaxınlığında park halındakı avtomobilə yerləşdirilmiş bombanın partladılması ilə törədilib.

Hadisənin məsuliyyətini hələ ki, boynuna götürən olmayıb.

Nail Cəlil


Müəllif: