ABŞ hərbi qüvvələri Yunanıstanın şimalında, Aleksandrupolis limanına eniş ediblər.
Teleqraf.com xəbər verir ki, “Rizospastis” nəşrinin məlumatına görə, ölkəyə 120 helikopter və min döyüş maşını gətirilib.
Bundan əlavə, hərbçilərin Şərqi Avropa ölkələrinə gedəcəyi bildirilir. Ekspertlər qeyd edirlər ki, bu əməliyyat ABŞ-ın Balkanlar və Qara dənizdəki mövcudluğunu gücləndirmək üçün indiyə qədər həyata keçirilən ən böyük hərbi missiyasıdır.