21 Noyabr 2021 16:07
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində erməni biznesmenin meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, biznesmenin öldürüldüyü yol qəzası nəticəsində məlum olub. Noyabrın 20-də içində meyit olan “Mitsubişi Qalant” markalı avtomobil yolda maneəyə çırpılıb.

Hadisə yerindən qaçmaq istəyən sürücü və iki sərnişin polis tərəfindən saxlanılıb. Avtomobilin yük yerindən düşən meyitin isə İrəvan sakini, 50 yaşlı iş adamı Arkadi Kazinyan olduğu müəyyən edilib.

Məlum olub ki, erməni iş adamı Sankt-Peterburqun Kalinin rayonunda “Laquna” kooperativinin qarajında öldürülüb. Avtomobildə olan şəxslər isə meyiti meşədə basdırmaq üçün aparırlarmış. Avtomobilin yük yerində iki ədəd bel aşkar edilərək götürülüb.

Hazırda saxlanılan şəxslər müstəntiqlər tərəfindən dindirilir.

Erməni iş adamının 1996-cı ildən Sankt-Peterburqda yaşadığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər