İranda vurulan Ukraynaya məxsus sərnişin təyyarəsi ilə bağlı açılmış cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Tehran Hərbi Məhkəməsində keçirilən ilk iclasda anket məlumatlar dəqiqləşdirilib.
Məhkəmə iclasında cinayət işi üzrə ittiham olunan 10 nəfər, şikayətçilər, həlak olanların ailələri və vəkillər iştirak edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayının əvvəllərində göyərtəsində 176 nəfər olan “Boeing 737-800” tipli təyyarə Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra raketlə ardıcıl iki dəfə vurulub.
İran Dövlət televiziyası ilə yayımlanan İran Silahlı Qüvvələri Baş Qərargahının (SQBQ) bəyanatında deyilir ki, Ukrayna Beynəlxalq Hava Yollarına (UİA) məxsus Boeing təyyarəsi hərbi əməliyyatlar bölgəsinə yaxın məsafədə olarkən, yanlışlıq nəticəsində düşmən obyekti kimi hədəfə alınıb.