21 Noyabr 2021 21:57
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna sərhədlərində hərbi qüvvə yığmağa davam etdiyi vaxt Ukrayna Müdafiə və Kəşfiyyat İdarəsi rus ordusunun yanvarın sonuna qədər bu ölkəni işğal etməyə hazırlaşdığını irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Müdafiə və Kəşfiyyat İdarəsi Rusiyanın Ukrayna sərhədlərində yerləşdirdiyi hərbi qüvvələrinin sayının 92 mini keçdiyini və bu rəqəmin artmaqda davam etdiyini açıqlayıb.

Kəşfiyyatın məlumatına görə, sərhədlərə hərbi qüvvə yığan Rusiya gələn il yanvarın sonuna qədər Ukraynanı işğal etməyə hazırlaşır.

Ukrayna kəşfiyyatına görə, Rusiyanın işğal planı belədir:

- Ukraynanın mərkəzi hökumətinin nəzarətindən kənarda qalan Donetsk və Luqansk bölgələrini keçərək Dnepr çayına çatmağı hədəfləyən Rusiya ordusu hava zərbələri və artilleriya atəşi ilə Şərqi Ukraynanı işğal edəcək.

- Krım və dənizdən edilən hücumlarla Ukraynanın Qara dəniz sahilləri tamamilə işğal olunacaq.

- Ukrayna ordusunun gücünü bölmək üçün Belarus tərəfdən də hücum ediləcək.

- Əsas hədəf Ukraynanın şərqi və cənubunun işğalı olacaq. Bu məqsəd başa çatdıqdan sonra paytaxt Kiyevin və ölkənin qalan hissəsinin işğalı hərbi, iqtisadi və siyasi şərtlərə əsaslanaraq hədəf alınacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər